
44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Asiya.az-ın məlumatına görə, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
Allah rəhmət eləsin!


