Masallıda qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb

Masallıda qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb
  • Manşet / Olay

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X. Əliyev, R. Şükürov və V. Ağayev saxlanılıblar.

    Asiya.az
    xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.

    Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər