Qənirə Paşayeva Xalq artisti Pərviz Məmmədrzayevi yubileyi münasibəti ilə təbrik edib - FOTO

Qənirə Paşayeva Xalq artisti Pərviz Məmmədrzayevi yubileyi münasibəti ilə təbrik edib - FOTO
  • SƏNƏT

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Pərviz Məmmədrzayevlə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Xalq artistini 50 illik yubileyi münasibəti ilə təbrik edib:

    "Sizi - tanınmış pantomim aktyoru və respublikamızın Xalq artistini əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
    Siz fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik sənətçi kimi ün qazanmısız. Müxtəlif ölkələrdə keçirilən fərqli festival və seminarlarda uğurla iştirak etmisiz.

    Siz 2010-cu ilin may ayında "Simsar" teatr-studiyasını yaratmısız. 2013–2016-cı illərdə isə Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışmısız. 2017- ci ildən Azərbaycan Dövlət Muisiqili Teatrında aktyor kimi fəaliyyət göstərirsiz. 08.01.2017-ci ildə təsis olunmuş "Human" teatrının həmtəsisçisi və bədii rəhbərisiz. 2001-ci ildən səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə dərs keçirsiz, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak edirsiz.
    Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımızı yetirirəm!
    Yubileyiniz mübarək olsun"!

    Xalq artistinə Komitə adından Təbrik Məktubu və üzərində "Qarabağ - Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.

    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    Qənirə Paşayeva Xalq artisti Pərviz Məmmədrzayevi yubileyi münasibəti ilə təbrik edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər