Oqtay Əsədov bağlarını pulsuz suvarır – ilginc detallar

Oqtay Əsədov bağlarını pulsuz suvarır – ilginc detallar
  • Sosial, Araşdırma

  • Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq spiker Oqtay Əsədov haqqında maraqlı araşdırma aparıb.

    Asiya.az
    xəbər verir ki, keçmiş spikerin Qubada, Qəçrəş yolunun üstündəki daha bir villası aşkarlanıb. “Peykdən dəbdəbəli görünməsə də bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır.
    (https://www.google.com/maps/place/Quba,+Azerbaijan/@41.3599594,48.4855252,332m/data=!3m1!1e3!4m5!3m4!1s0x403795fdd1d1104f:0x4d72ce05a0c9228d!8m2!3d41.3643024!4d48.5260928)”.
    O qeyd edir ki, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var.
    “Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.
    Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir”.
    Həsənli yazır ki, Məclis-i Məbusanın və “Azərsu”yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa – Buzovna yolunun üstündədir.
    (https://www.google.com/maps/place/Buzovna,+Azerbaijan/@40.5251283,50.0816671,169m/data=!3m1!1e3!4m5!3m4!1s0x4030f58bd9bc65ab:0xff22cc1a3472d6cf!8m2!3d40.5152444!4d50.0969652). “Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər