Oqtay Əsədovun keçmiş kürəkəni London meri olmaq istəyir

Oqtay Əsədovun keçmiş kürəkəni London meri olmaq istəyir
  • Dünya / Manşet

  • "May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir."

    Asiya.az
    xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə paylaşıb. O bildirir ki, Kamran Balayev Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun keçmiş kürəkənidir.

    “Boşanandan sonra Kamran Balayev o zaman Milli Məclisə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb. Oqtay Əsədov Milli Məclis mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı.

    Cavanşir Həsənli daha sonra yazır:

    “Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.
    Bəs Oqtay Əsədov? O, yaşının bu çağında az qala hər gün ifşa olunur, boğazına kimi bulaşdığı korrupsiya bataqlığında çabalayır. Bəlkə də həmin günə qədər həbsxananın bir küncündə olacaq. Hərçənd inandırıcı deyil, amma nə bilmək olar həyatdır, kiminin əvvəli, kiminin axırı...”
    PAYLAŞ:

    Oxşar xəbərlər