Məşhur striminq xidməti Azərbaycanda əlçatan ola bilər

Məşhur striminq xidməti Azərbaycanda əlçatan ola bilər
  • Maraqlı

  • "Spotify" musiqili striminq xidməti Azərbaycanda əlçatan ola bilər.

    "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

    Qeyd olunur ki, xidmət mövcud olduğu coğrafiyanı genişləndirmək və 80-dən çox yeni bazara daxil olmaq niyyətindədir. Yeni ölkələr arasında Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, eləcə də Afrika, Latın Amerikası və Asiya ölkələri var.

    Bu, platformaya əlavə olaraq 36 dilin dəstəkləməsi ilə yanaşı, servisin auditoriyasını bir milyarddan çox artırmağı təmin edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər