Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bəlli olub

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bəlli olub
  • İdman

  • Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib.

    Asiya.az
    saytının məlumatına görə, yarış iyunun 4-18-də keçiriləcək.

    Turnirin harada keçiriləcəyi hələ dəqiqləşməyib. Bu məsələyə martın 1-dək aydınlıq gələcək.

    Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir. Turnir bir il əvvəl Londonda dayandırıldığı yerdən davam etdiriləcək.

    Dünya Olimpiya Təsnifat Turniri isə ləğv edilib. Bu yarışdan Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılacaq lisenziyaların sahibləri reytinqə əsasən müəyyənləşəcək. Bu bölgünün necə və hansı meyarlarla aparılacağı yaxın gələcəkdə açıqlanacaq.

    Qeyd edək ki, 2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtından başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər