Əfv Komissiyasında baxılan müraciətlərin sayı 350-ni ötüb

Əfv Komissiyasında baxılan müraciətlərin sayı 350-ni ötüb
  • Siyasət / Manşet

  • Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

    O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. 150-dən artıq müraciətə baxıldı. Bu gün əsasən yol-hadisəsi törətmiş şəxslərin müraciəti idi".

    Onun sözlərinə görə, Komissiyanın iclasları davam edəcək: "Çox güman ki, bu həftə komissiyanın daha bir iclası baş tutacaq".

    Qeyd edək ki, bundan əvvəl komissiyanın 2 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 200-dən artıq müraciətə baxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər