Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb

Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb
  • Sosial

  • Baş Dövlət Yol Polisi İdarəsi ölkə üzrə buzlaşma olan yolların siyahısını açıqlayıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Asiya.az-a açıqlamasında bildirib ki, respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib:

    “Ağsu aşırımında yol bağlanıb. Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəncob- Yalama yolu, Bakı-Şamaxı younun 78 km-dəmn 140 km-dək yollarda güclü qar olsa da, buzlaşma yoxdur. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər