Qənirə Paşayeva "Haber Türk", "A Haber" və "Haber Global"ın canlı efirində Xocalı soyqırımı haqqında çıxış etdi - FOTO

Qənirə Paşayeva "Haber Türk", "A Haber" və "Haber Global"ın canlı efirində Xocalı soyqırımı haqqında çıxış etdi - FOTO
  • Siyasət

  • Qənirə Paşayeva qardaş Türkiyənin "Haber Türk", "A Haber" və "Haber Global" televiziya kanallarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr etdiyi proqramlarda geniş çıxış edib, sualları cavablandırıb və bir sıra çağırışlarda bulunub.

    Asiya.az
    xəbər verir ki, komitə sədri “onlayn” rejimdə gerçəkləşən çıxışlarda 29 il öncə Xocalı soyqırımına aparan hadisələrdən, xalqımızın yaşadığı ağır faciənin insanların, ailələrin, cəmiyyətin həyatında iz salmış dərin ağrılarından danışıb.
    Q.Paşayeva Azərbaycan xalqının ötən illər ərzində sınmadığını, toparlandığını və nəhayət 44 günlük Vətən Müharibəsi ilə əldə edilmiş tarixi zəfərdən sonra bütövlükdə regionda yeni gerçəkliklər yarandığını xüsusi vurğulayıb.

    Q.Paşayeva qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, xalqımızın haqlı mövqeydinin müdafiə etdiyini və 44 günlük Vətən Müharibəsi dönəmində bunun parlaq şəkildə özünü göstərdiyini minnətdarlıqla qeyd edib, qardaş ölkə dövlətinə, xalqına və vətəndaş cəmiyyəti qurumlarına bir daha minnətdarlıq edib.
    “Biz Xocalıya ədalət istəyirik. Biz həmişə sülhün, birgəyaşayışın, istiqrarın, əmin-amanlığın tərəfdarı olmuşuq. Amma bu başqalarının, yadellilərin bizim torpaqlarda qan tökərək, soyqırım törədərkim mübarizəmiz, istəyimiz bütün parametrlər üzrə beynəlxalq hüquqa, insan haqlarına əsaslanır və ədalətlidir. Xocalı soyqırımı canilərinin öz haqq etdikləri cəzanı almaları dünyada bir daha soyrıqımlar olmamamsı üçün çox vacibdir”.

    Sözünə davam edən Q.Paşayeva dünyada Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmiş ölkələrə, parlamentlərə, ayrı-ayrı qurum və quruluşlara bir daha təşəkkür ifadə edərək, Avropada, bütün dünyada fəaliyyət göstərən türk diaspor təşkilatlarını, bütün Azərbaycan dostlarını, tərəqqipərvər insanları Xocalı həqiqətlərini dünyaya yaymağa çağırıb.
    Qənirə Paşayeva "Haber Türk", "A Haber" və "Haber Global"ın canlı efirində Xocalı soyqırımı haqqında çıxış etdi - FOTO
    Qənirə Paşayeva "Haber Türk", "A Haber" və "Haber Global"ın canlı efirində Xocalı soyqırımı haqqında çıxış etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər