Masallıda ev yandı – FOTO

Masallıda ev yandı – FOTO
  • Araşdırma / Olay

  • Masallı rayonu, Ərkivan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

    Asiya.az
    xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində qəsəbənin Bağlaküçə məhəlləsində qeydə alınıb.

    Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mazanov Rafiq Soltanağa oğluna məxsus iki mərtəbədən ibarət ümumi sahəsi 288 kvadratmetrlik olan fərdi yaşayış evində baş verib.
    İki mərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində 1 yaşayış otağı və dəhlizi yanğına məruz qalıb. Ümumilikdə yanan hissə 50 kv.m-dir.

    Hadisə yerinə FHN-nin Masallı Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
    Səbəb dəqiq müəyyənləşməsə də hadisənin qısa qapanmadan baş verdyi ehtimal edilir.
    Asiya.az
    Masallıda ev yandı – FOTO
    Masallıda ev yandı – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər