Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT

Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
  • Araşdırma / Olay

  • Fevralın ikinci ongünlüyünün Azərbaycan üçün ən əhəmiyyətli hadisələrindən biri kimi ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini qeyd etmək olar. Bu səfəri siyasətçilər, politoloqlar KİV-də şərh edib, öz fikirlərini yazdılar.

    Asiya.az
    xəbər verir ki, məlum görüşlə bağlı millət vəkili Əliabbas Salahzadənin 19 fevral 2021-ci il tarixində Oxu.az-da “Böyük Qayıdış”ın ilk addımları adlı məqaləsi dərc edilib (Linkə daxil olaraq məqalə ilə tanış ola bilərsiniz).

    Bu məqalənin dərcindən 3 gün sonra, 22 fevral 2021-ci il tarixində Xalq.az xəbər portalında millət vəkili İqbal Məmmədovun imzası ilə Prezident İlham Əliyev verdiyi vədləri bü gün əməl edir başlıqlı məqalə yayımlanır (Linkə daxil olaraq bu məqalə ilə də tanış ola bilərsiniz). Məqalə müəllifi də Prezident və ailə üzvlərinin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərindən bəhs edir.

    Soruşa bilərsiniz ki, nə olsun?
    O olsun ki, kiçik redaktələri nəzərə almasaq hər iki məqalə nöqtə, vergülünə kimi eynidir. Deməli deputat İqbal Məmmədov həmkarı Əliabbas Salahzadənin məqaləsini oxuyur və xoşuna gəlir. Həmin məqaləni “oğurlayaraq” öz adından başqa saytda yayımladır. Hadisələr o qədər tələsik olur ki, məqalə başlığında işlənən “bu” sözünü redaktor tələsdiyindən “bü” kimi yazır. Millət vəkili də buna fikir vermədən xəbəri öz feysbuk profilində paylaşaraq, “İlham Əliyev verdiyi vədləri bü gün əməl edir və bunun haqqında xalq.az internet portalında dərc olunan musahibəm” başlıqlı post yazır.

    Adam söz tapmır yazmağa. "Yol əhvalatı" filmdə necə deyilir: “Belələrinə nə ad vermək olar?...” İfadənin davamını yazmırıq. Onsuz da hər kəs dillərə dastan olan ifadəni bilir. Yəqin başa düşdüz. İndi internet əsridi, heç bir oğurluğun üstündən 40 gün keçmir, bir-iki saata hər şey gün üzünə çıxır. Yaxşı olar ki, İqbal Məmmədov bundan sonra daha diqqətli olar, başqasının intelektual mülkünü öz adına çıxartmaz.
    Cəfər Cəfərov, Asiya.az
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    Millət vəkili həmkarından necə oğurluq etdi? - FAKT
    PAYLAŞ:

    Oxşar xəbərlər