Bakıda xəstəxanada karantin qaydaları niyə pozuldu? - AÇIQLAMA

Bakıda xəstəxanada karantin qaydaları niyə pozuldu? - AÇIQLAMA
  • Sosial

  • Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

    Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir.

    Asiya.az-ın məlumatına görə, məsələ ilə bağlı "oxu.az”ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

    "Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər