​AZAL-ın mətbuat katibindən şəhid qardaşına hörmətsizlik: 40 qəpik ödəməlisiniz…

​AZAL-ın mətbuat katibindən şəhid qardaşına hörmətsizlik: 40 qəpik ödəməlisiniz…
  • Sosial / Manşet

  • "Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bugün onun əşyalarını Naxçıvana göndərmək AZAL üçün problem olub."

    Asiya.az
    xəbər verir ki, bu sözləri şəhid zabitimiz mayor Vəliyev Vüsal İslamoğlunun qardaşı Elyar İslamoğlu özünün feysbuk hesabında yazıb. O, AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin ona hörmətsizlik etdiyini bildirib:

    “Qardaşımın şəxsi əşyalarını və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm.
    Karqo ilə göndərmək üçün hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinə zəng etdim. “Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kq pulsuz, qalan hər kq üçün 40 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur” dedi Paşa bəy. O məbləğ mənim üçün heç nədir, amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir?”//Azadinfo.az
    PAYLAŞ:

    Oxşar xəbərlər