“Mənə deyirlər, get əlindən gələni et” – Masallı sakinini cana yığan səbəblər - VİDEO

“Mənə deyirlər, get əlindən gələni et” – Masallı sakinini cana yığan səbəblər - VİDEO
  • Sosial / Araşdırma / Asiya TV

  • “DSMF-yə yardım düzəltdirmək üçün gedirəm, mənimlə maraqlanmırlar. Onlardan şikayət edəcəyimi bildirdikdə isə, “get əlindən gələni et” deyirlər.”

    Asiya.az
    xəbər verir ki, bu sözləri Masallı rayonu Ərəb kənd sakini Dövlətova Əfsanə Asif qızı söyləyib. O, Dövlət Sosial Müdafiə Fondunun Masallı Şöbəsindən şikayətçidir.

    Üç uşaq anası olan Əfsanə Dövlətova xadimə işlədiyi Ərəb kənd orta məktəbindən 210 manat məvacib alır. Həyat yoldaşından boşanmağına baxmayaraq uzun müddətdir aliment də ala bilmir.
    Əfsanə Dövlətova bildiri ki, son bir ildə ünvanlı sosial yardım aldığı üçün güzaranı qismən yaxşılaşmışdı. Amma...
    Amma deyir, sən saydığını say, gör fələk nə sayır. “Bir aydır ki, Masallı DSMF-yə Zamin Əliyev adlı yeni müdir təyinat alıb. Vəzifəyə gələr-gəlməz də səbəbsiz yerə bizə verilən sosial yardımı kəsdi”.

    Əlacsız, acınacaqlı vəziyyətdə yaşayan Dövlətovlar ailəsi qarşılaşdıqları haqsızlıqla bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən kömək istəyirlər.

    Məqalədə adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər