19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə - ŞİKAYƏT

19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə - ŞİKAYƏT
  • Sosial / Araşdırma

  • Zərdab rayon sakini 19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən ölkə başçısına şikayət edib.

    Asiya.az
    bir nüsxəsidə Avropa.info-ya göndərilən həmin şikayət məktubunu olduğu kimi təqdim edir:

    "Azərbaycan Respublikasinin Prezidenti cənab Ilham Əliyevə,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayevə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Cənab Fuad Musayevə,Dövlət Məşğulluq Agentliyinin İdarə Heyyətinin sədri Cənab Mustafa Abbasbəyliyə
    Zərdab Rayon Lələağacı kənd sakini Xəlilzadə Bəxtiyar Muradxan oğlu tərəfindən

    ŞİKAYƏT
    Mən Xəlilzadə Bəxtiyar Muradxan oğlu məlumat üçün bildirirəm ki , Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Məhz bu qanuna görədə 2019 cu il oktaybr ayında özünüməşğulluq proqramının genişlənməsi və tam dolğun həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin bütün regionlar üzrə yerli məşğulluq mərkəzlərinə 1 ( bir ) ştat vahidi olaraq əmək haqqı 415 azn olmaqla işci tələb olunurdu. Sosial sahədə iş stajım olduğuna görə məhz bu vəzifəyə mən təyinat aldım. 09 oktyabr 2019 cu ildə Respublikanın bütün rayonları kimi məndə Zərdab Məşğulluq mərkəzində sosial agent kimi ( özünüməşğulluq tədbirlərinə kömək ) işə başladım. Dəfələrlə DMX –də Rəşad Dayıyevin məşğələlərində qrup şəklində iştirak etmişik. 07.01.2020 ci il tarixdə bu vəzifədə olan bütün işçilərin müqavilələrinə xitam verildi və yerli məşğulluq mərkəzində boş vakant yerlərə təyinat aldılar. Lakin həmin müddətdə Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru olmadığı üçün mənim barəmdə təqdimatı mart ayında direktor əvəzi Aydın Qafarlı ESTASla Cənab Fuad Musayevə göndərdi. DMX – nə cənab Mustafa Abbasbəyli təyin olunandan sonra təkrar mənim işə qəbul olunmağım üçün təqdimat göndərildi.Mənim şəxsi işim DOST is MMC də olduğu üçün DMX – nin kadrlar şöbəsinə təqdim etməyimi tələb etdilər . Məndə əmək kitabçamı, lazımı sənədləri təqdim etdim işə girməyimlə bağlı ərizəmi də aldılar.


    Bu gündə şəxsi işim, əmək kitabçam və ərizəm hələ də DMX nin kadr şöbəsində qalır. 14.12.2020 – cil tarixdə 19 saylı Ərazi Məşğulluq Mərkəzi filialın müdiri mənə şablon bir məktub göndərib ki , guya mənim müraciətimə baxıb.Halbuki heç çağırıb soruşmayıbda ki, sən 9 ay əmək haqqı almadan bütün rayonların işciləri kimi işləmisən. (Məktub əlavə elədim qoşma 2 vərəq). 19 sayli Erazi Mesgulluq Merkezinin direktoru Samir Nuriyevdən soruşmağınızı xahiş edirəm ki Ucar MM ilə birgə bütün regionlarda Ali və orta ixtisas təhsilli kadrlar qalıb işləyir amma bu gün Samir Nuriyev məni işləməyə qoymur. Halbuki və yaşadığım Zərdab Rayonunda Məşğulluq Mərkəzində 1 ( bir ) işçi qalıb. Bu da əlbəttə 60000 əhalisi olan Zərdab rayonu üçün yetərli deyil. Ərizəmdə bəli qeyd etmişəm ki Zərdab Rayon Məşğulluq Mərkəzinin əməkdaşı olduğumu qeyd etmişəm. Çünki 1 il Mərkəzin bütün işlərini və özünüməşğulluq tədbirlərinin təşkilini öz şəxsi avtomobilimlə etmişəm. Pandemiya dövründə 2020 ci ilin aprel ayında gecə-gündüz dayanmadan çalışanda siz Samir Nuriyev və sizin zəhmət çəkmədən indi yüksək əmək haqqı alan isçiləriniz yox idi. Amma mən bu gün o qədər zəhmətin qabağında kənarda qalmışam.Qaldıkı mənim e-sosial.az portalında şəxsi kabinet yaratmağa , mən işlədiyim dövrdə mərkəzə gələn vətəndaşların hər birinə şəxsi kabinet yaratmaqda yardımçı olmuşam. Cox hörmetli selahiyyet sahibleri bir neçə dəfə teleqramla qəbul olunub məni dinləməyinizi xahiş etmişəm. Mümkünsə Covid 19 Pandemiya dövrünü nəzərə alaraq məni onlayn qəbul edib dinləyəsiniz.
    Çox hörmətli Cənab Ilham Əliyev, Cənab Sahil Babayev , Cənab Fuad Musayev , Cənab Mustafa Abbasbəyli sizdən artıq dərəcədə xahiş edirəm ki mənim bu ərizəmlə çox ciddi şəkildə araşdırıb mənə bu işdə yardımçı olasınız.Odur ki , nəzərə almağızı xahiş edirəm

    Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
    Asiya.az

    19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə - ŞİKAYƏT
    PAYLAŞ:

    Oxşar xəbərlər