Masallıda həkim sağlam adamı necə öldürdü? - TƏFƏRRÜAT

Masallıda həkim sağlam adamı necə öldürdü? - TƏFƏRRÜAT
  • Sosial / Araşdırma

  • Masallı şəhər sakini Tahirov Mirtahir Mirvəli oğlu həkim səhlənkarlığının qurbanı olub.

    Asiya.az
    xəbər verir ki, bədbəxt hadisə şəhərin Mehdi Hüseyn küçəsi Ev-9 ünvanında baş verib. Belə ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim-lobarantı Ədalət Əliyev 25 fevral 2021-ci il tarixində Masallı şəhərində 97 yaşlı Fatma Tahirovanı müalicə etmək üçün onların evinə çağrılır.

    Həkim xəstə qadının yaşının çox olması səbəbindən onun damarını müəyyən edə bilmədiyi üçün ona sistem köçürməyib.
    Ailə üzvlərindən biri həkimə müraciət edərək, “gətirdiyiniz sistemi başqa şəxsə vurmaq olarmı?" - sualını verir.

    Həkim “sistemin heç bir fəsadı yoxdur, əksinə orqanizmi gücləndirir” - deyə cavab verir.

    Masallıda həkim sağlam adamı necə öldürdü? - TƏFƏRRÜAT
    Ədalət Əliyev
    Fatma Tahirovanın 58 yaşlı oğlu Mirtahir Tahirov həkimin bu sözündən sonra sistemin ona köçürməsinə razılıq verir.
    Həkim sistemi heç bir xəstəliyi olmayan Mirtahirin qolundakı damarına qoşmasından bir neçə dəqiqə sonra onun halı pisləşir.
    Mirtahirin israrlı tələbinə baxmayaraq həkim sistemi onun qolundan ayırmayaraq, narahatlığının səbəbini adi hal kimi izah edir.
    Vəziyyəti belə görən Mirtahirin qızı atasına yaxınlaşaraq sistem iynəsini onun damarından çıxarır.
    Təəssüflər olsun ki, artıq gec idi. Heç bir xəstəlikdən əziyyət çəkməyən Mirtahir gözlərini əbədi yummuşdu.

    Asiya.az-a danışan mərhumun ailə üzvləri hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Onlar müqəddəs həkim peşəsinə xələl gətirən, sağlam adamın qatilinə çevrilən Ədalət Əliyev kimi “həkim”lərin səhiyyə sistemindən uzaqlaşdırılıb, barəsində hüquqi ölçü götürülməsini tələb edirlər.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər