Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək

Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək
  • İdman

  • DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

    Asiya.az
    xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

    Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

    UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər