QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunur

QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunur
  • Siyasət

  • Yaxın günlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilə bilər.

    Asiya.az
    xəbər verir ki, bu barədə yayılan məlumatlarda deyilir ki, QHT Şurasının bazasında yeni qurum yaradılacaq.

    Sözügedən qurumun ləğv edilməsinin əsas səbəbi kimi isə Hesablama Palatasının son günlər apardığı yoxlamalar və bir sıra neqativ halların aşkarlanması göstərilir. Məlumatlara görə, QHT Şurası fəaliyyət göstərdiyi müddətdə maliyyə vəsaitlərini doğru istiqamətdə xərcləməyib. Bundan başqa, qurumun ayrıdığı qrantların təyinatdan kənar istifadə olunduğu vurğulanır.//Jamaz.info
    PAYLAŞ:

    Oxşar xəbərlər