Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR

Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
  • Sosial / Araşdırma

  • Bu gün səhər saatlarında "Ərkivan" Xeyriyyə Cəmiyyəti 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Masallı rayonunda "Zəhmətkeş qadınlar unudulmur" adlı aksiya keçirib.

    Asiya.az
    xəbər verir ki, iş adamları Nəsib MirzəyevElşən Həsənovun dəstəyi ilə baş tutan aksiyada “Ərkivan” Xeyriyyə Cəmiyyətinin könüllüləri rayonun Ərkivan qəsəbəsində küçələrin təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik edib, onlara bayram hədiyyələri təqdim ediblər.

    Cəmiyyətin sədri Cəfər Cəfərov deyib ki, "Zəhmətkeş qadınlar unudulmur" adlı aksiyanı keçirməkdə əsas məqsədimiz 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, rayonumuzun təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə onları unutmadığımızı bildirmək olub”.

    Aksiyada “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Ərkivan qəsəbə ərazi nümayəndəsinin müavini Əhməd Əhmədov iştirak edib.
    Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
    Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
    Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
    Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
    Masallıda süpürgəçi qadınlara 8 MART SÜRPRİZİ – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər