Millət vəkili Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşdü - FOTO

Millət vəkili Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların döyüş yolu ilə, qayğıları ilə maraqlanıb.

    Asiya.az
    xəbər verir ki, Vətən Müharibəsinin qaziləri - "Vətənə xidmətə görə" ordeninin 3-cü dərəcəsi və bir sıra medallarla təltif olunmuş polkovnik-leytenant Amil Göyüşov, 4 medalla təltif olunmuş kapitan Kənan Şirinov, döyüşlərdə ağır yaralanmış qazilər Elnur Xəlilov, Tural Səfərovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

    “Əziz qazilər,
    Sizin, silahdaşlarınızın, cəbhə yoldaşlarınızın, bir sözlə, fədakar Vətən oğullarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
    Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
    Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!
    Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.

    Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.
    Millət vəkili Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşdü - FOTO
    Millət vəkili Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşdü - FOTO
    Millət vəkili Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər