O, Kəlbəcər RİH-də Cavid Qurbanovu təmsil edir... - İTTİHAM

O, Kəlbəcər RİH-də Cavid Qurbanovu təmsil edir... - İTTİHAM
  • Siyasət / Araşdırma

  • Kəlbəcərin 35 yaşlı yeni icra başçısı Azər Qocayevin ömür yoluna nəzər salanda maraqlı məqamlar ortaya çıxır.

    Yeni icra başçısı ixtisasca energetikdir. Bir müddət işıq idarələrində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satış şöbəsində kantrolyor olub.
    Sonrakı fəaliyyətini “Azərbaycan Dəmir Yolları” QSC-də elektrik təchizatı xidmətində davam etdirib. Sonra həmin qurumda elektrik təchizatı xidmətində çalışıb.
    Bir sözlə, elektrik enerjisinin satışı ilə məşğul olub.
    Bura qədər yazdıqlarımız cənab icra başçısının rəsmi avtobioqrafiyasındandır.
    İndi isə keçək, Azər Qocayevin icra başçısı olduğu dönəmə.
    Bəli, Azər Qocayev
    Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yəni hələ 1 il olmayıb.
    Çoxları deyə bilər ki, təzə icra başçısının 1 ili tamam olmadığı üçün tənqidi yanaşmaq məqsədəuyğun deyil. Müəyyən mənada razıyıq. Amma..
    Nəinki son 1 ildə, hətta son 3-4 ayda Azərbaycanda az qala 100 ildə baş verəcək tarixi qələbələr olub. Torpaqlarımız erməni işğalçılarından azad olub, Şuşada Azərbaycan bayrağı dalğalanır, Kəlbəcər azad edilib və s.
    Bəli, cənab Azər Qocayevin icra başçısı olduğu Kəlbəcər rayonu 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən erməni daşnaklardan təmizləndi.
    O, Kəlbəcər RİH-də Cavid Qurbanovu təmsil edir... - İTTİHAM
    Təssəvvür edirsiniz, 1 il öncə Azər Qocayev erməni işğalı altında olan rayona icra başçısı təyin olunmuşdu, bu gün isə Azər Qocayev azad Kəlbəcərin başçısıdır.
    Görəsən, bu boyda fərqi cənab başçı bilirmi ?
    Əgər bilirsə, onun fəaliyyətində niyə bu hiss olunmur..?
    Yəqin cənab başçının hər hansı ciddi bir fəaliyyəti olsaydı çoxdan səsi çıxardı. Məsələn, icra başçısı öz komandası ilə Kəlbəcərə getsəydi çoxdan media bunu yazmışdı.
    Biz demirik ki, cənab başçı qol götürüb oynasın. Amma bu neçə ayda ən azı xeyli işlər görmək, Kəlbəcər camaatı ilə rayona qayıdışla bağlı səmimi görüşlər keçirmək olardı. Amma heç nə yoxdur. Sanki hamı yuxarıdan nəsə tapşırıq gözləyir.
    Axı, yuxarı səni o boyda rayona icra başçısı təyin edib, yuxarı Kəlbəcəri azad edib, sən də bir addım at dəə...
    İcra başçısının son bir neçə ayda keçirdiyi iki mühüm məsələ olub.
    Birincisi, icra başçısı köməkçisini işdən çıxardıb.
    Bir də, icra başçısı Kəlbəcər təhsilində çalışan müəllimləri yığıb “hədə-qorxu” gəlib, məktəb direktorlarına deyib ki, nöqsanlara yol verən məktəb direktorları qanun qarşısında ən sərt şəkildə cəza alacaqlar.
    Məncə, şərhə ehtiyac yoxdur.//gundelik baki.com
    PAYLAŞ:

    Oxşar xəbərlər