Masallıda qalmaqallı həkim bu dəfə avtomobillə piyadanı vuraraq öldürüb

Masallıda qalmaqallı həkim bu dəfə avtomobillə piyadanı vuraraq öldürüb
  • Araşdırma / Olay

  • Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asiya.az-a verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Ərkivan qəsəbə ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub.
    Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Piyadanı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.
    Masallı RPŞ tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü Ədalət Əliyev tapılaraq həbs edilib.

    Asiya.az xəbər verir ki, sürücü Ədalət Əliyev Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim-lobarant işləyir. Onun adı bir ay öncə ölümlə nəticələnən başqa bir hadisədə hallanırdı.
    Belə ki, bu ilin fevral ayının 25-də həkim Ədalət Əliyev Masallı şəhəri Mehdi Hüseyn küçəsi Ev-9 ünvanında yaşayan 97 yaşlı Fatma Tahirovanı müalicə etmək üçün onların evinə çağrılır.

    Həkim xəstə qadının yaşının çox olması səbəbindən onun damarını müəyyən edə bilmədiyib, ona sistem köçürmür.
    Ailə üzvlərindən biri həkimə “gətirdiyiniz sistemi başqa şəxsə vurmaq olarmı?" - sualını verir.
    Masallıda qalmaqallı həkim bu dəfə avtomobillə piyadanı vuraraq öldürüb
    Ədalət Əliyev
    Həkim “sistemin heç bir fəsadı yoxdur, əksinə orqanizmi gücləndirir” - deyə cavab verir.
    Beləliklə Fatma Tahirovanın 58 yaşlı oğlu Mirtahir Tahirov həkimin bu sözündən sonra sistemin ona köçürməsinə razılıq verir.
    Həkim sistemi heç bir xəstəliyi olmayan Mirtahirin qolundakı damarına qoşmasından bir neçə dəqiqə sonra onun halı pisləşir.
    Mirtahirin israrlı tələbinə baxmayaraq həkim sistemi onun qolundan ayırmayaraq, narahatlığının səbəbini adi hal kimi izah edir.
    Vəziyyəti belə görən Mirtahirin qızı atasına yaxınlaşaraq sistem iynəsini onun damarından çıxarır.
    Lakin, artıq gec olur. Heç bir xəstəlikdən əziyyət çəkməyən Mirtahir gözlərini əbədi yumur.
    Həmin hadisə ilə bağlı mərhumun ailə üzvləri hüquq mühafizə orqanlarına şikayət etmişdilər, Hadisənin baş vermə səbəbləri Masallı Rayon Prokurorluğunda araşdırılırdı.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər