Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTO
  • Mədəniyyət

  • Xalq artisti Ramiz Məmmədov vəfat edib.

    Asiya.az
    xəbər veirr ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova-Rüstəmova məlumat verib.

    O, aktyorun bu gün günorta saatlarında vəfat etdiyini bildirib.

    Ramiz Məmmədovla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində olacaq. O, Yasamal qəbiristanlığında dəfn ediləcək.

    Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.
    Xalq artisti vəfat etdi - FOTO
    Ramiz Məmmədov
    Ramiz Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb.

    "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.

    Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

    2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

    Allah rəhmət eləsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər