Şimali Koreya Yaponiyaya ballistik raket atdı

Şimali Koreya Yaponiyaya ballistik raket atdı
  • Dünya / Manşet

  • Şimali Koreyanın Yaponiya ərazisinə ballistik raket atmasında sonra Tokioda Milli Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilib.

    Asiya.az
    xəbər verir ki, toplantıdan sonra açıqlama verən Yaponiyanın Baş naziri Yosihide Suqa Şimali Koreyanın Yapon dənizində iki ballistik raketi sınaqdan keçirdiyini bəyan edib.

    Onun sözlərinə görə, mərmilərdən biri Yaponiyanın su ərazisinə düşüb. Yosihide Suqa Pxenyanın addımı sərt tənqid edib:

    “Bu addım Yaponiyanı və ətraf bölgələrin sülh və təhlükəsizliyini təhdid edir. Raketin atılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Bunu şiddətlə qınayırıq”.

    Hökumət başçısının sözlərinə görə, dəniz və hava nəqliyyatının təhlükəsizliyini təmin etmək önəmlidir.

    O bildirib ki, indi ayıq-sayıq olmaq heç olmadığı qədər önəmlidir. Xalqın təhlükəsizliyini təmin etmək üçün ABŞ və Cənubi Koreya və digər ölkələrlə əməkdaşlığımızı davam etdiririk.//SOSİUM.az
    PAYLAŞ:

    Oxşar xəbərlər