Hindistan Prezidenti xəstəxanaya yerləşdirilib

Hindistan Prezidenti xəstəxanaya yerləşdirilib
  • Dünya

  • Hindistan Prezidenti Ram Natx Kovind cümə günü döş nahiyəsində narahatlıq səbəbindən Yeni Dehlidəki xəstəxanaların birinə yerləşdirilib.

    Asiya.az
    -ın məlumatına görə, bu barədə Hindistanın PTI dövlət xəbər agentliyi bildirib.

    "Hindistan Prezidenti bu gün səhər döş nahiyəsində narahatlıq hiss etdikdən sonra "Research and Referral" hərbi hospitalına gəlib. Hazırda o, adi müayinələrdən keçir və nəzarət altındadır. Prezidentin vəziyyəti stabildir", - agentliyin açıqlamasında deyilir.

    Qeyd edək ki, Hindistan Prezidenti martın əvvəlində koronavirusa qarşı peyvəndin ilk dozasını vurdurub.
    PAYLAŞ:

    Oxşar xəbərlər