Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR

Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR
  • Hərb / Manşet

  • 1 il 6 ayın əsgəri İlkin Ramin oğlu Zöhrabovun hərbi xidmət keçdiyi Kəlbəcər rayonundakı N saylı hərbi hissədə intihar etdiyi xəbəri yayılıb.

    Mərhumun əmisi Elşən Zöhrabovun Asiya.az-a verdiyi məlumata görə, İlkinin ölüm xəbərini qulluq etdiyi hərbi hissədən ailəsinə 22 martda veriblər. Lakin yollar qarlı, həva şəraiti əlverişli olmadığından onun nəşini hələ də gətirə bilməyiblər. Elşən Zöhrabov qeyd edib ki, İlkin 3 ay idi ki, ailəsi ilə əlaqə saxlamırdı.
    “İlkin Vətən Müharibəsi iştirakçısı idi. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hərbi xidmətdən tərxis edilməsinə isə 8 gün qalmışdı. Qaranlıq, müəmmalı suallar çoxdur. Biz onun intihar etməsinə inanmırıq”, - deyə mərhumun əmisi bildirib.

    Asiya.az-ın son anda əldə etdiyi məlumata görə mərhumun nəşi hazırda hərbi həkim ekspertizasındadır.

    Sabah onu dəfn etmək üçün doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətiriləcəyi gözlənilir.
    Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR
    Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR
    Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR
    Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər