Şərurlu İsfəndiyar şəhid ailəsini necə cəncələ salıb? - Mehriban Əliyevaya müraciət olundu

Şərurlu İsfəndiyar şəhid ailəsini necə cəncələ salıb? - Mehriban Əliyevaya müraciət olundu
  • Sosial / Araşdırma

  • II Qarabağ savaşında qazanılan zəfər Azərbaycan xalqının son ikiyüz ildə ən böyük uğurudur. Bu şərəfli tarixin altın ən şərəfli imza heç şübhəsiz şəhidlərimizə məxsusdur və hər birimiz bu haqqın qarşısında baş əyirik. Amma təəssüf ki, öz maddi fırıldaqlarını bütün müqəddəs hislərdən üstün tutan işbazlar var və bu sıraya adı yazılanlardan biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdur. Bu dəfə isə onun qurbanı Bərdə yaşayan şəhid anası Əhmədova Sütun Sərxan qızıdır. S.Əhmədova 2010-cu il, iyunun 18-də bağladığı müqavilə ilə “Ulduz-S” MMC-dən mənzil götürüb. Belə ki, vətəndaş göstərilən tarixdə şirkətin direktoru Elçin Babayevlə bağlanan müqavilə əsasında paytaxtın Yeni Yasamal massivində inşa olunan binanın 4-cü girişi, 10-cu mərtəbəsində yerləşən 76-cı mənzili alıb, ümumi sahəsi 88 kvadratmetrlik ikiotaqlı mənzilə sahiblənib. Bunun qarşılığında mənzilin qiyməti 33,200 manatı ödəməli olan S.Əhmədova əvvəlcə ilkin ödəniş 4000 manat verir. Bundan sonra payçı 2010-2012-ci illər ərzində E.Babayevə 22, 944 manat ödəniş edib. Daha sonra vətəndaş 3000 manat da ödəniş edir və bir müddət sonra şirkətin yetkililəri yoxa çıxırlar. Şirkətin sahibi E.Babayev mənzili təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır, yubadır, sözünə və müqaviləyə əməl etmir. Daha sonra məlum olur ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Sankişiyev tərəfindən onun barəsində cinayət işi istintaq olunur.

    Bu həbsdən sonra istintaq orqanları şəhid ailəsini İsfəndiyar Axundova yönəldirlər. Vətəndaş sözün həqiqi mənasında yağışdan çıxıb yağmura düşür. “Şərurlu İsfəndiyar” kimi tanınan biznesmen onlara Yasamal ərazisindəki binalardan birində mənzil təklif edir, müqavilə bağlayır, şəhid ailəsinin hüquqi savadının olmamasından istifadə edərək onları 10 illik ipoteka kreditinə məhkum edir. Nəticədə “Ulduz-S” MMC ilə bağlanmış müqavilə əhəmiyyətini itirir, qüvvədən düşür, şirkətə ödənilmiş 27 minə yaxın vəsait batır, İ.Axundov isə satdığı yeni mənzilə görə onları 54 minlik kreditə salır.

    Şəhid ailəsi bildirir ki, əvvəl bağladığımız müqavilə ilə bağlı ödədiyimiz pul qaytarılmır, İsfəndiyar Axundov satdığı mənzilin qiymətində həmin vəsaiti hesablamır. “Biz dəfələrlə müxtəlif orqanlara, ölkə rəhbərliyinə məktub yazmışıq, bir şəhid ailəsi olaraq kömək istəmişik, nəticəsi olmayıb” –deyə şikayət edən şəhid anası son ümidinin Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevaya olduğunu deyir və ona müraciət edib: “Canını vətən yolunda qurban verən şəhidin anasının haqqını necə yeyə bilirlər? Bəlkə unudurlar ki, Qarabağ uğrunda döyüşə gedən insanlar övladlarını, ailələrini dövlətə, Konstitusiyaya və qanuna həvalə edib gediblər. Bu gün dələduzluq edib bizim haqqımızı yeyənlər də onlar döyüşdüyünə görə isti evlərində rahat oturublar. Biz bu qanunsuzluq və haqsızlığa son qoyulacağına inanırıq. Bilirik ki, həm Prezident, həm Mehriban xanım şəhid ailələrinə qarşı diqqətcildir, qayğıkeşdir, bizim müraciətlərimiz yerdə qalmır, bu şikayətimizə də baxılacaq, batan pulumuzun qiymətləndirilməsi üçün yardım olunacaq. Mehriban xanıma şəhid anası kimi üz tuturam, “məni özünüzə bacı bilib haqqımızı bərpa edin”//Reportyor.info
    PAYLAŞ:

    Oxşar xəbərlər