AZAL-da yoxlamalar başlayıb: Əsgərovun aiqbəti necə olacaq?

AZAL-da yoxlamalar başlayıb: Əsgərovun aiqbəti necə olacaq?
  • Siyasət / Araşdırma

  • Son dövrlər ən çox tənqidə məruz qalan qurumlardan biri olan AZAL-da yoxlamalar başlayıb.

    Asiya.az
    xəbər verir ki, Jamaz.info-nun məlumatına görə, yoxlamaların məqsədi ötən həftə Müşahidə Fondunun nəzarətinə verilən AZAL-ın hazırkı vəziyyətinin öyrənilməsidir.

    Bildirilir ki, İnvestisiya Fondunun təklifi ilə Hesabalama Palatasının apardığı yoxlamaların nəticələrinə uyğun olaraq, qərar veriləcək. Hətta o da deyilir ki, bu yoxlamalar AZAL-ın son 5 illik fəaliyyətini özündə ehtiva edəcək.

    İddia edilir ki, belə bir yoxlamanın həyata keçirilməsi təkcə, AZAL-ın maliyyə durumunu deyil, həm də qurumun rəhbəri Cahangir Əsgərovun da fəaliyyətini əhatə edəcək. Qeyd edilir ki, İnvestisiya Fondu böyük xərc qoyulmuş, lakin uzun illərdir rentabelli çalışmayan sözügedən qurumda ciddi maliyyə maxinasiyalarının olduğundan şübhə edir. Eyni zamanda, bu maxinasiyalarda Əəsgərovun rolunun olub-olmadığını araşdırmaqla, yeyintilərin üzərini açmağı hədəfləyir.

    Mənbələr bildirir ki, ilkin araşdırmalar zamanı pandemiya dövründə həm dövlətdən dotasiya alan, həm də təyyarə reysləri üzrə uçuş biletlərinin dəyərindən dəfələrlə baha satılmasından böyük pullar əldə ediləcəyi halda, AZAL-da elə də böyük maliyyə vəsaitlərinin olmadığı məlum olub. Həmin pulların nəyə, hansı məqsədlər üçün xərcləndiyi də sual olaraq qalıb. Elə bu səbəbdən də yoxlamalara start verilib. Güman edilir ki, bu yoxlamanın nəticəsindən asılı olaraq Cahangir Əsgərovun gələcək taleyi müəyyən ediləcək.

    Hərçənd mənbələr Cahangir Əsgərovun həbs olunacağına inanmırlar. Onların təxminləri belədir ki, AZAL şefi ən yaxşı halda şirkətdən əldə etdiyi pulları yerinə qoymaqla, canını qurtara biləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər