Masallıda piyada keçidi problemi - VİDEO/FOTO

Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
  • Sosial / Araşdırma / Asiya TV

  • Dünən Masallı rayonu Heydər Əliyev prospektində, Masallı Telekommunikasiya idarəsinin yaxınlığında piyada keçidinin qarşısını kəsən şlanqbaumdan və digər problemlərdən söz açaraq, video çəkmişdik.

    Yarı zarafat, yarı ciddi çəkdiyimiz həmin video sözün yaxşı mənasında böyük səs-küyə səbəb oldu. Qısa zaman ərzində problem öz həllini tapıb. Sözü gedən şlanqbaum piyada keçidinin qarşısından götürülüb. Hazırda piyadalar rahatlıqla yolu qarşı tərəfə keçə bilirlər. Bunun üçün adiyyatı qrumlara təşəkkürümü bildirirəm.
    Şahin Məmmədov rayona yeni icra başçısı təyin ediləndən bir çox küçələrə asvalt döşənib, abadlıq işləri aparılıb.
    Lakin, çox təəssüflə qeyd etməliyəm ki, Ümummilli liderin adını daşıyan, Masallı şəhərinin mərkəzi və ən böyük prospektində əksər piyada keçidləri bərbad vəziyyətdədir.
    İnanıram ki, icra başçısı çəkib göstərdiyimiz problemləri tezliklə aradan qaldırılması üçün tədbir görəcəkdir.
    Cəfər Cəfərov, Asiya.az

    Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
    Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
    Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
    Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
    Masallıda piyada keçidi problemi - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər