Dubayda qızları soyunduran şəxs prezidentin dostu çıxdı - FOTO

Dubayda qızları soyunduran şəxs prezidentin dostu çıxdı - FOTO
  • Dünya

  • Keçən həftənin sonunda Dubaydakı binalardan birində çılpaq modellərin şəkillərinin ortaya çıxmasından sonra təbii bir sual ortaya çıxmışdı: ədviyyatlı fotosessiyanı kim və niyə təşkil edib?

    Birləşmiş Ərəb Əmirliklərinin polisi tutulanların adlarını verməkdən imtina etdi, lakin qızlar arasında 11 Ukrayna vətəndaşı olduğu məlumdur.
    Təşkilatçının ukraynalı iş adamı Vitali Qreçin olduğunu isə Ukraynanın “Strana.ua” portalı axtarıb tapıbdır.

    41 yaşlı Qreçin fırtınalı bir tərcümeyi-hala malikdir. Kiyevdə anadan olub, gənc yaşlarında valideynləri ilə birlikdə ABŞ-a köçərək orada vətəndaşlıq alıb. Ştatlarda o, iki ali təhsil aldı – sertifikatlı bir maliyyəçi və psixoloqdur. Bundan əlavə, Qreçin orduda xidmət etmiş və “Ford” un xəzinəsində işləməyi bacarmışdır.Qreçin, hətta, ABŞ prezidenti Barak Obama ilə də dostlaşmağı bacarıb. Hər halda sosial şəbəkələrdəki səhifəsini prezidentlə çəkdirdiyi şəkillər bəzəyir.Ancaq tarixi vətən itən oğlunu çəkdi, Kiyevə qayıtdıqdan sonra adam Amerika səfirliyində bir işə düzəldi, Vladimir və Vitali Kliçko ilə dost oldu və guya 2000-ci illərin əvvəllərində mağazaların açılmasına kömək etdi, baxmayaraq ki, onların şəbəkədə bir dənə də birgə fotosu yoxdur.
    Bir sözlə, belələrinə Azərbaycanda “zəmanə adamı” deyirlər.
    Dubayda qızları soyunduran şəxs prezidentin dostu çıxdı - FOTO
    Dubayda qızları soyunduran şəxs prezidentin dostu çıxdı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər