Qənirə Paşayeva Fəxri fərmanla təltif olundu - FOTO

Qənirə Paşayeva Fəxri fərmanla təltif olundu - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin İdarə heyəti sədrinin I müavini Qalib Alıyev və Birliyin icraçı direktoru Zamin Zeynalovla Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qalib Alıyev Komitə sədrinin "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi (VMƏK İB) İdarə heyətinin qərarı ilə xüsusi "Fəxri fərman"la təltif edildiyini bildirib: "Siz 44 günlük Vətən Müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xalqımıza zəfər bəxş etmiş şəhid ailələri və yaralı qazilərə göstərdiyiniz diqqət və qayğı ilə yanşı milli vətənpərvər ruhlu fəaliyyətinizlə seçilmisiz.
    "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi olaraq biz bu fəaliyyəti yaxından izləmək fürsətimiz olub. Sizi məmnuniyyətlə bir daha təbrik edir, bu təltifi qəbul etməyinizi arzu edirik"!

    Q.Paşayeva VMƏK İB İH üzvlərinə təltif üçün təşəkkür edib, "şəhid ailələrinə, yaralı qazilərimizə diqqət-qayğı borcumuzdur. Ali dövlət rəhbərliyimizin bu sahədə atmış olduğu addımlar hər birimiz üçün örnək təşkil edir. Bundan sonra da əziz şəhid ailələrimizin, yaralı qazilərimizin qayğılarını öz qayğımız bilməliyik. Siz də çox sağ olun ki, Vətən Müharibəsi əlillərinə kömək durursuz. İctimai birliyinizə uğurlar arzulayıram"!

    Q.Paşayeva VMƏK İB rəhbərliyinə Komitə adından Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Q.Alıyev və Z.Zeynalov səmimi görüş və fikir mübadiləsi üçün Q.Paşayevaya təşəkkür edib.
    Qənirə Paşayeva Fəxri fərmanla təltif olundu - FOTO
    Qənirə Paşayeva Fəxri fərmanla təltif olundu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər