Qənirə Paşayeva Vətən Müharibəsi şəhidi Arif Həmzəyevin atası ilə görüşüb - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsi şəhidi Arif Həmzəyevin atası ilə görüşüb - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Samux rayonunun Cobanabdalı kənd sakini, Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası Muradcan Həmzəyevlə Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər veir ki, millət vəkili şəhidin həyatı, döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
    "Əziz şəhid atası,
    Siz, Vətən uğrunda mərdliklə döyüşərək 19 yaşında öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə təbriki, qüruru ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Arif 04.07.2019-cu ildə həqiqi hərbi xidmətə gedib, Ağcabədidə “N” saylı hərbi hissədə xidmət edib. Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Arif Cəbrayıl, Qubadlı istiqamətində fədakarlıqla döyüşüb və Qubadlıda şəhid olub.
    Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” medalları ilə təltif olunub.
    Arif kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
    Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!

    Q.Paşayeva şəhidin atasına Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Görüşdə Axıska Türklərinin "Vətən" Cəmiyyətinin başqanı İsmayıl Rəhimov, Cəmiyyətin Qərb bölgə başqanı Əhməd Cabbarov, Cəmiyyətin məsul əməkdaşı Emil Rəhimov iştirak edib.
    Qənirə Paşayeva Vətən Müharibəsi şəhidi Arif Həmzəyevin atası ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər