44 gündə alt-üst olan “Utopik Ermənistan” xülyası

44 gündə alt-üst olan “Utopik Ermənistan” xülyası
  • Cəmiyyət

  • Bir xalqın əslini sübut etmək üçün onun tarixinə,mədəniyyətinə,folkloruna,cografi mövqeyinə və s. qısaca nəzər salmaq kifayətdir.Lakin ermənilər öz qurduqları xəyal dünyalarında boğulmaq üzrədirlər. Çünki bizim Zat Aliləri Prezidentimiz cənab İlham Əliyev erməni faşistlərini həm aktiv müharibədə,həm də siyasi mübarizədə yerlə yeksan etdi.

    Erməni faşistləri Azərbaycanın 90-cı illərin əvvəllərində daxildə olan siyasi axsaqlqdan istifadə edərək 20 %-ə qədər torpaqlarımızı işğal etmələri onlarda utopik tarix uydurmalarına və bu uydurmanı öz nəsillərinə və dünyaya sırımaq həvəsini formalaşdırmışdır.Lakin Cənab Ali Baş komandanımız faktlarla nəinki Dağlıq Qarabağın, Zəngəzurun hətta İrəvanın belə tarixi Azərbaycan torpaqları olduğunu sübut etdi. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan o torpaqlarda yaşayan vətəndaşlarımıza qarşı görünməmiş vəhşilikləri törədən erməni vandallarına lazım olan dərsi Cənab Ali Baş Komandan və ordumuz 44 günə verdi, lakin onlara qarşı etnik təmizləmə aparmaq üçün kifayət qədər imkanımız olsada Azərbaycan ordusu bunu etmədi buda xalqımızın böyüklüyünü göstərir.Hətta 44 günlük vətən müharibəsi dövründə ordumuz erməni ordusunu darmadağın etməsinə baxmayaraq Cənab Prezidentimiz erməni xalqına “bükülmüş” bellərini dirçəlmək üçün köməy əlini uzatmağı onlara təklif edib.Lakin artiq ermənilərdə var olmaqlarının birbaşa Azərbaycandan aslı olğunu dərk etməyə başlayırlar çünki onların düşdükləri iqtisadi “izolyasiya” vəziyyətindən çıxmaqları Azərbaycansız mümkün deyil. Əlbət ki Azərbaycan regionun lider dövləti olmaqla yanaşı qonşu ölkələr üçün də nəfəslik rolunu oynayır.Cənab Prezident də dəfələrlə ölkəmizin tolerand və yardım sevər olduğunu bütün dünyaya göstərib.Hətta vətən müharibəsi başlayanadək Cənab Ali Baş komandanın sayəsində ordumuz və siyasi gücümüz ermənilərdən müqayisə olunmayacaq dərəcədə güclü olsada ölkəmiz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı idi.Lakin ermənilər bunu xoşluqla anlamaq istəmədi və başda Ali Baş Komandanımız olmaqla müzəffər ordumuzdan layiqli və tarixi dərsini aldı.
    Artıq Cənab Prezident demişkən: Qarabağ münaqişəsi deyə bir söz birləşməsi yoxdur və Azərbaycan xalqı öz inkişaf dinamikasında müsbət istiqamətdə addımlamaqla məşğuldur. Bizim qapımız hər kəsə açıqdır,təki niyyətləri doğru olsun...

    Masallı rayon Şıxlar kənd ziyalısı Mərdan Hüseynov
    PAYLAŞ:

    Oxşar xəbərlər