Şəmkirin icra başçısı həbs olunub – RAYONDA ƏMƏLİYYAT KEÇİRİLİR

Şəmkirin icra başçısı həbs olunub – RAYONDA ƏMƏLİYYAT KEÇİRİLİR
  • Manşet / Olay

  • Bu gün səhər saatlarında Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

    Asiya.az
    xəbər verir ki, bu barədə Şəmkirdən məlumat verilib.

    Məlumata görə, keçirilən əməliyyat zamanı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu və müavinləri saxlanılıb. Lakin əməliyyatın konkret olaraq hansı qurum tərəfindən keçirildiyi barədə dəqiq məlumat yoxdur.

    Məsələni diqqətdə saxlayacağıq.

    Xatırladaq ki, Alimpaşa Məmmədov rayonda özbaşınalıqları və korrupsiya halları məsələlərində ad çıxarmış məmurlardan biridir. Özünü “Polad Ələmdar” adlandıran icra başçısının adı həmçinin bir sıra qalmaqallara da qarışıb.//Jamaz.info
    PAYLAŞ:

    Oxşar xəbərlər