Əziz Əzizovla Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..

Əziz Əzizovla Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
  • Araşdırma / Cəmiyyət

  • Əziz Əzizovun Neftçaladakı araq sexləri, heyvandarlıq fermaları

    Dövlət vətəndaşı “şalvarsız” aparan polis kapitanını cəzalandırdı, indi növbə ata Rafil Hüseynov və qaynata Əziz Əzizovundur


    Əziz Əzizovun karyerası Tramvay parkından başlayıb. 3 il parkda usta, vaqon bölməsində usta, sonra parkda təhlükəsizlik məsələlərinə baxan müfəttiş və s vəzifələrdə çalışıb. Sonra bir neçə il Nəqliyyat Departamentində işləyib.
    Və 1996-cı ildə tramvay-nəqliyyat sahəsindən ayrılaraq sahibkarlıq fəaliyyətinə baş vurub. İlk işi arpa-buğda satmaq olub. Həmin illər yenicə müstəqilliyin qazanan ölkəmiz üçün ciddi taxıl problemi var idi. Bundan istifadə edən Əziz Əzizov kimi sahibkarlar taxıl qıtlığının hesabına az vaxtda böyük pullar qazandılar. Düz 10 il arpa-buğda biznesi ilə məşğul olan Əziz Əzizov 2006-cı ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi.
    Təsəvvür edirsiniz, bircə gün idarəçilik təcrübəsi olmayan adam Cəlilabad kimi böyük bir rayona rəhbər təyin olunur.
    Və o gündən Cəlilabadın qara günləri başlayır. Hər şeyə arpa, buğda kimi baxan Əziz Əzizov rayonun münbit torpaqlarını ələ keçirir, sovet dövründən qalma üzüm plantasiyalarını yaxınlarının adına özəlləşdirir. Az vaxtda Əziz Əzizovun üzüm sahələri bar verir və rayonda icra başçısının araq sexləri işə düşür. Həmin dövrün canlı şahidləri deyir ki, Əziz Əzizovun sexlərində düzələn araqların sorağı nəinki Cəlilabad, Biləsuvar, hətta Neftçala rayonundakı toylardan gəlirdi. Axırda məcbur olub, Neftçalada, Biləsuvarda Əziz Əzizovun məhsullarını satmaq üçün yaxın rayonlarda topdan satış mağazaları açırlar. Bu işdə Əziz Əzizova ən çox kömək edən həmin dövrdə Neftçalada Maliyyə Şöbəsinin müdiri işləyən Rəşid Manafov olur.
    Hətta Rəşid Manafov Əziz Əzizovu mətbuatın tənqidlərindən qorumaq üçün ona dəstək verir. Bu xətt bu gün də davam edir. Əziz Əzizovun mətbuata aylıq göndərəni Rəşid Manafovdur.
    Sonra Neftçala, Biləsuvar və Masallıda Əziz Əzizovun mal-qara fermaları “fəaliyyətə” başlayır.
    2012-ci ildə Rafil Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunanda artıq Əziz Əzizovun qonşu Masallıda əməlli-başlı mülkləri, fermaları, əkin sahələri və s. var idi.
    Canlı şahidlərin dediyinə görə, Rafil Hüseynov rəhbəri olduğu rayonda gördüklərindən dəhşətə gəlib. Sonra iki icra başçısının görüşü “razılaşma” ilə bitib, dostlaşıblar, hətta sonda quda olublar.
    Bəli, 2018-ci ilədək Əziz Əzizov Cəlilabadda, Rafil Hüseynov isə Masallıda icra başçısı işləyiblər. Sonra Əziz Əzizovun fəaliyyəti 1 illik Yasamalda davam edib, hazırda isə Suraxanıda icra başçısıdır.
    Onun qudası Rafil Hüseynov isə hazırda Ağcabədinin icra başçısıdır.
    Əvvəlki kimi qonşu olmasalar da, hər ikisinin birgə biznesi Cənub rayonlarında davam edir.
    Əziz Əzizovun adı bir məsələdə də daha çox hallanır. Süürücüsü olan bacısı oğlu Murad Ağayevi əvvəlcə hüquq şöbəsinə, sonra isə özünə köməkçi təyin edib.
    Əziz Əzizovla Rafil Hüsenova sonuncu sürpriz isə...bir müddət əvvəl oldu.
    Rafil Hüseynovun oğlu, Əziz Əzizovun kürəkəni, “papanın və qaynatanın gül balası” polis kapitanı Şəhriyar Hüseynov Daxili İşlər Nazirinin əmri ilə tutduğu vəzifədən azad edildi.
    Polis kapitanı o dərəcədə həddini aşmışdır ki, “paltar geyinməsin, elə bu vəziyyətfə aparın” deyərək vətəndaşı şalvarsız aparmağı göstəriş vermişdir. Kimliyindən asılı olmayaraq vətəndaşına hörmətlə yanaşan dövlətimiz polis kapitanının cəzasını verdi. İndi növbə ata ilə qaynatanındır.

    P.S. Rafil müəllim, dostlar vasitəsilə bizə görüşmək təklif edirsən. Deyirəm bəlkə görüşü salaq Novxanıdakı möhtəşəm villanın qarşısındakı “baseyn”in yanına. Amma, yox e, sizlər şər-şəbədə adamsınız. Bizim sizinlə görüşümüz baş tutan deyil. Sonra gedib deyəcəksiniz ki, “baseyn”dən bir vedrə su bəxşeyiş verdim. Get, adamını başqa yerdə axtar, ara, Rafil müəllim. //gundelik-baku.com
    PAYLAŞ:

    Oxşar xəbərlər