Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO

  • Araşdırma / Cəmiyyət / İdman

  • Tovuz döyüşləri şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş mayor Anar Novruzovun xatirəsinə həs olunmuş kişilər arasında şahmat idman növü üzrə onlayn qaydada Masallı rayon turniri başa çatıb.

    Asiya.az
    xəbər verir ki, yarış Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, xeyriyyəçi Sucəddin Novruzovun dəstəyi ilə baş tutub.

    Rayonun şahmat həvəskarlarının iştirak etdiyi turnirin qalibi Masallı rayonu Ərkivan qəsəbə sakini Ramiz Abdulla olub.

    Bu gün yarışın təşkilatçıları, iştirakçıları, eləcə də qəsəbənin bir qrup tələbəsi üçün GRAND kafedə iftar süftəsi təşkil edilib.

    Şahmat turnirinin qalibi üçün nəzərdə tutulan hədiyyəni çempiona şəhid mayorun oğlu Nihad Novruzov təqdim edib.
    Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO
    Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO
    Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO
    Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO
    Şəhid Anar Novruzovun xatirəsinə həsr olunan şahmat turnirinin qalibi müəyyənləşib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər