Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR

  • Araşdırma / Cəmiyyət / Hərb

  • Bu gün 22 mart tarixində xidmət keçdiyi Kəlbəcər rayonunda güllə yarasından vəfat edən İlkin Zöhrabovun dəfnindən 40 gün ötür.

    Asiya.az
    xəbər verir ki, vəfatından 40 gündən də çox müddət keçməsinə baxmayaraq mərhumun hansı şəraitdə, necə vəfat etməsi hələ ki, bilinmir.

    Ərkivan qəsəbə qəbiristanlığında Vətənə Müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılan İlkin Zöhrabovun ziyarətinə məktəblilər, ruhanilər, qəsəbə ziyalıları gəlmişdi.
    Onlar müharibə qəhramanının məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb, məzarı üzərinə tər gül dəstələri düzərək ruhuna dualar etdilər. Məktəblilər şəhidin məzarı önünüdə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

    İlkin Zöhrabova hələ ki, şəhid statusu verilməsə də, Rayon İcra Hakimiyyəti tərəfindən onun məzarı digər şəhidlərin məzarı kimi düzəltdirilib.
    Qeyd edək ki, 1 il 6 ayın əsgəri olan İlkin Zöhrabov Vətən Müharibəsi iştirakçısı olub. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hərbi xidmətdən tərxis edilməsinə bir həftə qalmış güllə yarasından müəmmalı şəkildə vəfat edib.
    Allah rəhmət etsin!

    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    Masallıda şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirildi - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər