Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edildi - FOTO
  • Siyasət / Manşet

  • Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür.

    Asiya.az
    xəbər verir ki, Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər həyata keçirilib.

    10 may 2021-ci il tarixdə ara məsafəsi gözlənilmək şərti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərovMəşhur Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

    Sonra Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxılmışdır.
    Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edildi - FOTO
    Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər