İki sərhədçinin həlak olması ilə bağlı cinayət işi başlanıb, saxlanılan var

İki sərhədçinin həlak olması ilə bağlı cinayət işi başlanıb, saxlanılan var
  • Manşet / Hadisə

  • Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açılıb.

    Asiya.az
    xəbər verir ki, nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olub.

    Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçiriən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər