Gələn həftə ilin ilk Ay tutulması olacaq

Gələn həftə ilin ilk Ay tutulması olacaq
  • Maraqlı

  • Gələn həftə, mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

    Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

    Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

    Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər