Qənirə Paşayeva Tovuzda şəhid Fikrət Zeynallının ailəsini ziyarət edib

Qənirə Paşayeva Tovuzda şəhid Fikrət Zeynallının ailəsini ziyarət edib
  • Sosial

  • Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Aşağı Öysüzlü kənd sakini, Vətən Müharibəsinin şəhidi Fikrət Zeynallının ata evini ziyarət edib.

    Asiya.az
    xəbər verir ki, millət vəkili şəhidin atası Akif Zeynallı və digər doğmaları ilə görüşüb, ürək sözlərini bölüşüb:

    "Siz Vətən uğrunda şəhid olmuş əsgərimizin ailə üzvlərisiz.
    Fikrət Zeynallı Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, 2016-cı ildə müddətli həqiqi hərbi xidmət keçib. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edən Fikrət, ötən il, sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla iştirak edib.
    Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Şəhid əsgərimiz döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə "Döyüşdə fərqlənməyə görə", həmçinin "Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif olunub.
    Fikrət kimi mərd gənclərimizlə hər zaman qürur duyacağıq.
    Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Sizlərə - şəhidimizin ailə üzvlərinə minnətdarıq. Fikrətin və onun şəhid silahdaşlarının əziz ruhu qarşısında ehtiramla baş əyirik!”

    Komitə sədri şəhidin atası və doğmaları ilə ətraflı söhbət edib, qayğıları ilə maraqlanıb.

    Şəhid ailəsinə Komitə adından yazılmış məktub, eləcə də Qarabağ motivli xatirə hədiyyəsi təqdim edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər