Masallıda qadın əri tərəfindən qətlə yetirildi - VİDEO

Masallıda qadın əri tərəfindən qətlə yetirildi - VİDEO
  • Manşet / Hadisə / Asiya TV

  • Masallı rayonunda qətl hadisəsi baş verib.

    Masallı rayon Prokurorluğundan AsiyaTV-yə verilən məlumata görə, mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İstintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

    Rövşən Orucov təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər