Masallıda şəhid haqqında çəkilmiş filmin təqdimatı oldu - VİDEO/FİLM

Masallıda şəhid haqqında çəkilmiş filmin təqdimatı oldu - VİDEO/FİLM
  • Mədəniyyət / Manşet

  • Masallı rayonunda “Vətən uğrunda” və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən, Vətən Müharibəsi şəhidi Famil Əlizadənin xatirəsinə ithaf olunmuş "Arzuma çatdım..." adlı sənədli filminin təqdimatı olub.

    AsiyaTV
    xəbər verir ki, Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhidin ailə üzvləri iştirak edib.

    Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    "Nur" studiyası və Masallı Regional Mədəniyyət İdarəsi N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Faiq Mirzə, operatoru Elsevər Əliyevdir.

    Filmdə Famil Əlizadənin həyatı və şərəfli döyüş yolu barədə şəhidin ailə üzvləri, yaxınları, ziyalılar öz xatirələrini bölüşüblər.
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, şəhidin atası Habil Rəhimov film haqqında xoş fikir və təəssüratlarını, eləcə də filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər