Qazimiz şəhid oldu – VİDEO/FOTO

Qazimiz şəhid oldu – VİDEO/FOTO
  • Hərb / Manşet

  • Bir həftə öncə ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən qazi Zeynal Şahhüseynov vəfat edib.

    Asiya TV
    xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə Bakıya gətirilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi.
    Qeyd edək ki, şəhid

    Zeynal Şahhüseynov Vətən Müharibəsi başlayandan cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət etmişdi.

    Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq Bakı Şəhər Hərbi Hospitala yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi iyun ayının əvvəllərində komaya düşərək Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Bir həftə öncə isə qazimiz müalicə alması üçün Bakı şəhərində Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılmışdı.
    Qazi Zeynal Şahhüseynov bu gün həmin xəstəxanada vəfat edib.
    Şəhidlə vida mərasimi bu gün doğulduğu Masallı şəhərində keçiriləcəkdir.
    Allah rəhmət etsin!
    Qazimiz şəhid oldu – VİDEO/FOTO
    Qazimiz şəhid oldu – VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər