Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR

Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
  • Araşdırma / Cəmiyyət / Hərb

  • İki həftəyə yaxın komada qalan Vətən Müharibəsi qazisi Zeynal Füzuli oğlu Şahhüseynov bu gün vəfat edib.

    Asiya TV
    xəbər verir ki, şəhid doğulduğu Masallı şəhərində dəfn edilib.

    Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkili Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, mediya nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

    Şəhidin dəfin mərasimi böyük xalq izdihamı ilə müşaiyyət olunub. Azərbaycan bayrağının dalğaları, vətən və dini şuarların sədaları altında qəbiristana daxil olan şəhid tabutu çox yüksək coşqu ilə torpağa tapşırılıb. “Başın sağ olsun vətən, yolunda daha bir şəhidini qurban verdin” duyğusu ürəklərdə vətənsevərlik hissini riqqətə gətirib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atasına təhvil verib.

    Qeyd edək ki, Zeynal Şahhüseynov Vətən Müharibəsi başlayandan cəbhəyə yollanaraq kəşfiyyat bölüyündə xidmət etmişdi.

    O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi iyun ayının əvvəllərində komaya düşərək öncə Lənkəran Mərkəzi Xəstəxanasına daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi.

    Qazi Zeynal Şahhüseynov bu gün həmin xəstəxanada gözlərini əbədi yumub.

    Şəhidimiz ailəli idi, bir azyaşlı övladı yadigar qaldı.

    Allah rəhmət etsin!

    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    Şəhid Zeynal Şahhüsenov Masallıda dəfn edildi - VİDEOLAR/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər