Bələdiyyə sədri rüşvət alarkən kameraya düşdü - VİDEO

Bələdiyyə sədri rüşvət alarkən kameraya düşdü - VİDEO
  • Araşdırma / Olay

  • Cəlilabad rayon Bələdiyyə sədrinin rüşvət alması görüntüləri yayılıb.

    Asiya TV
    xəbər verir ki, yerli sakinlərin iddiasına görə, Cəlilabad rayon Bələdiyyə sədri İlham Babayevin rüşvət alması ilk belə hadisə deyil.

    Bələdiyyə sədri rayon ərazisində hektarlarla torpağı öz şəxsi manafeləri üçün sataraq çox sayda vətəndaşı yalanları və andları ilə aldatmağa nail olub.

    Bundan başqa bələdiyyə sədri, rüşvətlə həbs edilən icra başçısı Namiq Zeynalovla əlbir olaraq dövlət hesabında olan yüz hektarlarla torpaq ərazilərini saxta sərəncamlar və qanunsuz müqavilələr vasitəsi ilə böyük həcimdə mənimsəmələr hayata keçirib. Eləcədə rüşvətxor sədr ev və obyekt tiklilərinə icazə verilməsi üçün vətəndaşlardan 2-3 min manat tələb edir.

    Bələdiyyə sədrinin vəzifə səlahiyyətlərindən istifadə etməsi və talançılığı bununla da bitmir.

    Rayon sakinləri Dövlət Təhlükəsizlik Xidməti və Baş prokurorluqdan koorrupsaner bələdiyyə sədri İlhamın Babayevin fəaliyyətinin yoxlanmasını tələb edir, törətdiyi əməllərə görə həbsini istəyirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər