Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO

Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO
  • Sosial

  • Masallı rayonu Böyük Kolatan kəndində 1-ci Qarabağ Müharibəsi şəhidi Qafarov Ramil Ayaz oğlunun sadə ağ daşdan olan məzar daşı qara mərmərlə əvəzlənib.

    Asiya TV
    xəbər verir ki, 1998-ci ildə hərbi xidmətdə olarkən düşmən gülləsi ilə şəhid olan Ramil Qafarov üçün həmin vaxt sadə ağ məzar daşı qoyulubmuş.
    2-ci Qarabağ Müharibəsində şəhid olan qəhrəman Azərbaycan övladlarına dövlət tərəfindən müasir, qara mərmərdən düzəldilmiş məzar daşları qoyuldu.
    Adının çəkilməsini istəməyən xeyirxah kənd sakini şəhid Ramil Qafarovun məzarının seçilməməsi üçün digər şəhid məzarları kimi düzəltdirib.

    Çıxış edən millət vəkili, professor Anar İsgəndərov qeyd edib ki, şəhidlərimiz üçün nə etsək, azdır. Onlar bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir.

    Qafqaz Müsəlmanları İdarəsinin Qazisi Seyid Rəşid Talıbov və digərləri şəhidin ruhuna dualar oxuyub, Allahdan ona rəhmət diləyiblər.
    Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO
    Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO
    Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO
    Masallıda şəhidin məzar daşı yenisi ilə əvəz edildi - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər