"Yuventus" Ronaldunun klubdakı taleyinə aydınlıq gətirdi

"Yuventus" Ronaldunun klubdakı taleyinə aydınlıq gətirdi
  • İdman

  • İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı açıqlama verib.

    Funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.

    Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.

    O, Ronaldunun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.

    Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər