Göyçayda yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Göyçayda yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
  • Manşet / Olay

  • Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az
    xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.

    "Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21 sıfır 11" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobillərə ciddi ziyan dəyib.

    Həmçinin "VAZ 21 sıfır 11"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər